Roma Papasına “Lamborghini” hədiyyə etdilər

Roma Papasına “Lamborghini” hədiyyə etdilər
  15 Noyabr 2017    Oxunub:2989
İtaliyanın “Lamborghini” şirkəti Roma papasına “Huracan” markalı avtomobilinin unikal modelini təqdim edib.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, daha əvvəl avtomobilin auksionda satılması, əldə olunan vəsaitin isə xeyriyyə məqsədi ilə xərclənəcəyi bildirilirdi.

Bu gün səhər saatlarında Papa Vatikanda “Lamborghini” şirkətinin rəhbərliyini qəbul edib və avtomobilin ön hissəsinə öz imzasını yazıb.

Məlumata görə, avtomobil “Sotheby`s” evində hərraca çıxarılacaq, əldə olunacaq gəlir isə xeyriyyə məqsədilə Fransiskə veriləcək.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Roma   Papa  





Xəbər lenti