Sarkisyan artıq Moskvadadır, Putinlə görüş olacaq

Sarkisyan artıq Moskvadadır, Putinlə görüş olacaq
  15 Noyabr 2017    Oxunub:1405
Ermənistan prezidenti Serj Sarkisyan rusiyalı həmkarı Vladimir Putinlə görüşmək üçün Moskvaya gəlib.

AzVision.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.
Kremlin yaydığı məlumata görə, Putin-Sarkisyan görüşündə iki ölkə arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsi və inkişafı məsələləri, Avrasiya İqtisadi İttifaqı çərçivəsində əməkdaşlıq və regional məsələlər müzakirə olunacaq.

Daha sonra prezidentlər Rusiyada Ermənistan mədəniyyəti günlərinin rəsmi açılış mərasimində iştirak edəcəklər.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Putin   Sarkisyan  





Xəbər lenti