Avropa Parlamenti Polşanı sanksiya ilə hədələdi

Avropa Parlamenti Polşanı sanksiya ilə hədələdi
  15 Noyabr 2017    Oxunub:894
Avropa Parlamenti (AP) Avropa İttifaqı tərəfindən Polşaya qarşı sanksiya mexanizminin işə salınmasını nəzərdə tutan qətnaməni qəbul edib.
AzVision.az xəbər verir ki, bunula da Polşanın Avropa İttifaqı Şurasında səsvermə hüququndan məhrum edə biləcək prosedura başlamasına icazə verilib.

Qətnamədə deyilir ki, Polşadakı mövcud vəziyyət Avropa dəyərlərinin ciddi şəkildə pozulmasına açıq-aydın riskdir və qurum bu ölkədə Avropa dəyərlərinə real təhlükə olduğunu görsə, bu maddə tətbiq olunacaq. Daha sonra isə Polşa Aİ daxilində səsvermə hüququndan məhrum ediləcək.

Qətnamənin lehinə 438, əleyhinə 152 deputat səs verib.

Eyni zamanda AP-nın vətəndaş azadlıqları, ədalət və daxili işlər Komitəsinə Aİ normalarının pozulması halında tətbiq edilən sanksiyaları nəzərdə tutan Avropa İttifaqı barədə sazişin 7-ci maddəsinin icrasına dair sənədləri hazırlamaq tapşırığı verilib.

AzVision.az


Teqlər: AP   Polşa  





Xəbər lenti