Zəlzələ İrana 500 milyon dollar vurub
Zəlzələ bölgəsinə səfəri zamanı Prezident Həsən Ruhani bəyan edib ki, dövlət evləri dağılmış ailələrə faizsiz kredit verəcək. Ayrılan 70 milyon dolların bir qismi əhaliyə kredit kimi veriləcək ki, evlərini bərpa etsinlər.
Qeyd edək ki, noyabrın 14-dən başlayaraq İranın Qızıl Aypara Cəmiyyətinin təşkilatçılığı ilə Tehran və digər böyük şəhərlərdə zəlzələdən zərər çəkənlərə yardım aksiyası keçirilir. Şəhər sakinləri Kirmanşah əhalisinə göndərmək üçün isti paltar, məişət ləvazimatlarını məscidlərdə yaradılmış məntəqələrə verirlər. (AzərTac)
AzVision.az