Türkiyə Rza Zərraba görə ABŞ-a nota verdi
AzVision.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi diplomatik mənbələrə istinadən məlumat yayıb.
Qeyd edək ki, bu gün Türkiyə KİV-lərində Rza Zərrabın həbsxanada yoxa çıxması ilə bağlı xəbərlər yayılıb. Onun 5 gündür harada olduğu bilinmir.
İş adamının vəkili Şeyda Yıldırım Zərrabdan xəbər ala bilmədiyini deyib.
"Beş gündür ki, bizə heç bir məlumat verilmir. Rza Zərrabdan xəbərimiz yoxdur” - deyə xanım vəkil qeyd edib.
Xatırladaq ki, Azərbaycan əsilli iş adamı Rza Zərrab ABŞ-ın Mayami şəhərində həbs olunub. 33 yaşlı milyarder İrana tətbiq olunan sanksiyaları pozaraq ABŞ-ı aldatmaq, bank saxtakarlığı və çirkli pulların yuyulmasında ittiham olunur.
AzVision.az
Teqlər: Türkiyə Rza-Zərrab