Şəhidlər Xiyabanından Çanaqqalaya torpaq aparılır

Şəhidlər Xiyabanından Çanaqqalaya torpaq aparılır
  20 Sentyabr 2013    Oxunub:977
Qarabağ Azadlq Təşkilatının təşəbbüsü ilə Türkiyədə həyata keçiriləcək “Qarabağ Təbliğat Turu”na start verilib.
Aksiya iştirakçıları bu gün Şəhidlər Xiyabanını ziyarət ediblər, Qarabağ şəhidlərinin məzarlarından torpaq götürüblər. Həmin torpağın Türkiyədə Çanaqqala məzarlığına səpilməsi nəzərdə tutulur. Aksiya iştirakçıları 20 Yanvar və Qarabağ şəhidlərinin məzarlarını, Türk Şəhidliyi abidəsini ziyarət ediblər, şəhidlərin ruhlarını dualarla yad ediblər. Mərasimdə QAT sədri Akif Nağı, Azad Qarabağ Uğrunda Alyansa daxil olan təşkilatların rəhbərləri Rövşən Əhmədli, Jalə Cəfərova, Vüsal Hətəmov, Məmmədhəsən Həsənov və digərləri iştirak ediblər.

QAT sədri Akif Nağı mərasimin sonunda bildirib: “Qarabağ yalnız hərbi yolla işğaldan azad olunacaq, bunun üçün isə özümüzə müttəfiqlər qazanmalıyıq, bu müttəfiqləri isə ilk növbədəd islam, türk dünyasında axtarmalıyıq. Qarabağ məsəsləsinin açarı nə Qərbdə, nə Rusiyada, nə də başqa bir yerdədir, islam və türk dünyasındadır. Məhz burada ala biləcəyimiz real və konkret dəstək hər şeyi həll edəcək. Bizim səfərimiz də bu məqsədə xidmət edir. Biz cəmiyyət və dövlət səviyyəsində bu cür dəstəyin əldə olunması üçün imkanlarımız daxilində iş görməliyik”.

AzVision.az


Teqlər:  





Xəbər lenti