Ölkəmiz Cənubi Qafqazda liderdir - İKT üzrə reytinq

Ölkəmiz Cənubi Qafqazda liderdir - İKT üzrə reytinq
  16 Noyabr 2017    Oxunub:4137
Azərbaycan informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı üzrə reytinq siyahısında 176 ölkə arasında 65-ci yerdə qərarlaşıb.

Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) yaydığı məlumata əsasən, ölkəmiz bu göstərici ilə Cənubi Qafqaz ölkələri arasında birincidir.
Dünya ölkələrinin reytinq siyahısında lider İslandiyadır. Cənubi Koreya, İsveçrə, Danimarka və Böyük Britaniya ilk beşlikdə qərarlaşıb.

Siyahıda qonşu Rusiya 45-ci, Ermənistan 75-ci, Gürcüstan isə 74-cüdür.

AzVision.az


Teqlər: BTİ   İKT   Azərbaycan   Reytinq  





Xəbər lenti