“Azərbaycanla Rusiyanın mövqeləri üst-üstə düşür” - XİN

“Azərbaycanla Rusiyanın mövqeləri üst-üstə düşür” - XİN
  16 Noyabr 2017    Oxunub:1463
“Azərbaycan Cənubi Qafqaz regionunda Rusiyanın vacib strateji tərəfdaşıdır”.
AzVision.az-ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova brifinq zamanı deyib.
Onun sözlərinə görə, bu il Azərbaycanla Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi qeyd edilib:

“İki ölkə arasında ən yüksək səviyyədə siyasi dialoq mövcuddur. Ölkə başçılarımız arasında müntəzəm olaraq dostluq əlaqələrinin olması ikitərəfli münasibətlərin yüksək inkişafının dinamikasını müəyyən edir, hər hansı məsələnin operativ həllinə imkan verir. Digər səviyyələrdə də, o cümlədən parlamentlərarası səviyyədə intensiv təmaslar dəstəklənir. İki ölkə arasında iqtisadi əməkdaşlıq sahəsində, humanitar və mədəni sahədə əlaqələr inkişaf edir”.

O həmçinin qeyd edib ki, Rusiya və Azərbaycanın regional və beynəlxalq gündəmdə olan əsas məsələlər üzrə mövqeləri üst-üstə düşür.

M.Zaxarova Rusiyanın xarici işlər naziri Sergey Lavrovun noyabrın 20-də Bakıya səfər edəcəyini də bildirib. O, səfər çərçivəsində ikitərəfli münasibətlərin, aktual problemlərin müzakirə olunacağını vurğulayıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: XİN   Rusiya   Azərbaycan  





Xəbər lenti