“Həmsədrlərin sayı azalacaqsa, format dəyişəcək” - Rusiya XİN

“Həmsədrlərin sayı azalacaqsa, format dəyişəcək” - Rusiya XİN
  16 Noyabr 2017    Oxunub:1780
Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova ATƏT-in Minsk qrupunun keçmiş həmsədri Metyi Brayzanın ABŞ-ın öz həmsədrini geri çağıracağına dair mətbuata verdiyi açıqlamaya münasibət bildirib.
AzVision.az xəbər verir ki, M. Zaxarova deyib ki, bir həmsədrin azalması formatın dəyişməsi ilə nəticələnəcək:

“Həmsədrlərin sayı azalacaqsa, format dəyişəcək. Bu hansı səbəbdən olacaq, pullarımı çatmayacaq, artıq yeni məsələ olacaq. Digər tərəfdən ABŞ nümayəndəsinin geri çağrılmasının səbəblərinə dair sual birbaşa Dövlət Departamentinə ünvanlanmalıdır”.

O, əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi Rusiya üçün prioritetdir.

AzVision.az


Teqlər: Rusiya   XİN   Zaxarova  





Xəbər lenti