ABŞ səfiri Salyanda məscidə getdi - FOTO

ABŞ səfiri Salyanda məscidə getdi - FOTO
  16 Noyabr 2017    Oxunub:2346
Birləşmiş Ştatlar səfiri Robert F. Sekuta Salyan rayonunun Mərkəzi Kitabxanasında yerləşən Amerika Güşəsinə baş çəkib.
AzVision.az xəbər verir ki, səfir ingilis dili və təhsil proqramlarında iştirak edən və ABŞ-da təhsil ilə maraqlanan şagirdlərlə görüşüb.

Amerika Güşəsi proqramına Azərbaycan Dillər Universitetində yerləşən və ən böyük olan Bakı Amerika Mərkəzi, Gəncə, Kürdəmir, Salyan və Xaçmaz şəhərlərində yerləşən regional Amerika güşələri də daxildir. Bu mərkəz və güşələr ingilis dilini təkminləşdirmək, Birləşmiş Ştatlar barədə məlumat əldə etmək, təhsil və mübadilə proqramları barədə daha ətraflı öyrənmək və Yaradıcılıq Məkanında yüksək innovativ texnologiyaları layihələrində iştirak etmək imkanlarını yaradır. Güşələr, həmçinin, mühazirələr, danışıq klubları, hər bir icma numayəndəsi üçün pulsuz internet və bir sıra başqa fəaliyyətlərini də təqdim edir.

Cənab səfir və onun həyat yoldaşı Salyan rayonunun İcra Hakimiyyətinin Başçısı cənab Sevindik Hətəmovla görüşüb onunla rayonun iqtisadi və kənd təsərrüfatının inkişafını müzakirə etdilər. Qonaqlar, həmçinin, tarixi Cümə məscidinə baş kəçdilər.

Salyan Amerika Güşəsi barədə daha ətraflı məlumat əldə etmək üçün xahiş olunur ki, https://www.facebook.com/americancenterbaku/ Facebook səhfəsinə daxil olasınız və yaxud ABŞ Səfirliyinin Məlumat Mərkəzinə 488 33 00, daxili 3617 nömrələrinə zəng edəsiniz.







Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: ABŞ   Sekuta  





Xəbər lenti