Ərdoğan yenidən Soçiyə gedəcək

Ərdoğan yenidən Soçiyə gedəcək
  16 Noyabr 2017    Oxunub:1445
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu ay yenidən Rusiyaya gedəcək.

AzVision.az “Milliyet”-ə istinadən xəbər verir ki, Ərdoğan noyabrın 22-də Soçidə keçiriləcək Rusiya-İran-Türkiyə prezidentlərinin görüşünə qatılacaq.
Prezidentlərin Suriyadakı atəşkəs və son durumu detallı şəkildə müzakirə edəcəyi gözlənilir.

Qeyd edək ki, Türkiyə prezidenti sonuncu dəfə noyabrın 13-də Soçiyə səfər edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Türkiyə   Ərdoğan  





Xəbər lenti