İrəvanda əlil pilotlar da etiraza qalxdılar - VİDEO

İrəvanda əlil pilotlar da etiraza qalxdılar - VİDEO
  16 Noyabr 2017    Oxunub:3057
Ermənistanda təqaüddə olan pilotlar yenidən hökumət binasının qarşısında toplaşıblar.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, pilotlar peşə fəaliyyəti zamanı əlil olsalar da, hökümət tərəfindən onlara təzminat ödənilməyib.
Dəfələrlə şikayət ediblər, ancaq heç bir cavab verilməyib. Əlil pilotlar hökumət binası qarşısında keçmiş baş nazir Tiqran Sarkisyanın dövründən etirazlar edirlər.

“Dövlət tapşırığı yerinə yetirərkən əlil olmuş pilot və ya aviatexniklərə dövlət sahib çıxmağa və təzminat ödəməyə borcludur. Ancaq biz 10 ildir ki, bundan məhrum olmuşuq”- deyə pilotlar bildirib.

Əlil pilotları bir dəfə keçmiş baş nazir Ovik Abramyan qəbul edib. Onlara kömək edəcəyini vəd edərək, göstəriş verib. Ancaq indiyədək heç bir nəticə yoxdur.



Alpər Mövlüdoğlu
AzVision.az


Teqlər: Ermənistan   İrəvan  





Xəbər lenti