Ermənistanla Yunanıstan arasında qalmaqala səbəb olacaq məktub

Ermənistanla Yunanıstan arasında qalmaqala səbəb olacaq məktub
  17 Noyabr 2017    Oxunub:4092
Ermənistanın “Haykakan Jamanak” qəzetinin redaksiyasına Yunanıstandan qalmaqal yaradacaq məktub daxil olub. Məktubda göstərilən faktlar Ermənistanla Yunanıstan arasında böyük siyasi skandala səbəb ola bilər.
AzVision.az xəbər verir ki, sözügedən məktubda deyilir:

“Son günlər Ermənistanın Yunanıstandakı səfiri Fadey Çarçoğlyanın xoşagəlməz hərəktələri nəticəsində iki ölkə arasında qalmaqal yetişir. Çarçoğlyan səfirə yaraşmayan, diplomatiya normalarına uyğun olmayan addımlar atıb. O, Yunanıstanda ənənəvi təmsilçiliyi olan “Ramkavar” azadlıq təşkilatının 96-cı ildönümü münasibətilə təşkil olunan mərasimə müxalif “Neo demokratiya” partiyasının əsas siması, Afina şəhərinin keçmiş meri (2003-2006), keçmiş xarici işlər naziri (2006-2009), hazırki partiya sədrinin bacısı Dora Bakoyanisi Azərbaycana meylli və ermənilərə qarşı olan şəxs adlandıraraq, ona verilən dəvəti geri götürməyə məcbur edib. Səfir artıq həftələr öncə mətbuatda açıqlanan Bakoyannisin dəvətinin və iştirakının ləğv edilməsinə görə, Ramkavarlılara israrla təzyiq göstərərək, onları çıxılmaz vəziyyətə salıb.

Eyni zamanda sosial sorğular göstərib ki, “Neo demokratiya” partiyası qarşıdakı parlament seçkilərində böyük fərqlə qalib gələrək yunan hökümətini formalaşdıracaq. Belə məqamda səfir Ermənistan-Yunanıstan dostluq münasibətlərini təhlükə altına atır.

Səfirin təzyiqi ilə “Ramkavar” azadlıq təşkilatının Yunanıstan üzrə məsul şəxsləri Dora Bakoyanisdən dəvəti geri götürüblər. Bu, iki partiya arasında mənfi münasibət yaranmasına səbəb olub. Nəticədə “Neo Demokratiya” partiyasının nümayəndələri dəvətnamənin geri alınmasının yalnız Bakoyanisə qarşı deyil, bütün partiyayaya qarşı hörmətsizlik olduğunu hesab edərək, erməni “Ramkavar” partiyasının ildönümü tədbirində iştirak etməyiblər. Etdiyi hərəkətin ağırlığından təşvişə düşən səfir özü də “Ramkavar” partiyasının tədbirində iştirak etməkdən qaçıb.

Çarçoğlyan qalmaqala səbəb olmamışdan bir neçə gün əvvəl öz xahişi ilə “Neo Demokratiya” partiyasının rəhbəri Miotakislə görüşdüyünü nəzərə alsaq, hansısa səbəbdən “Ramkavar” - “Neo Demokrtaiya” partiyası arasındakı münasibətlərə ziyan vurmaq niyyəti olduğunu göstərib.

Səfirin bu addımı ilk növbədə erməni-yunan dövlətlərarası münasibətini təhlükə altına atır. Ermənistanda hakimiyyət koalisiyasında təmsil olunan Daşnaksutyun partiyasının Yunanıstan nümayəndəliyi də yunan ermənilərini “Ramkavar” partiyasının antierməni tədbirlərində iştirak etməməyə çağırıb. Artıq sual yaranır ki, bu qalmaqallı məsələ Ermənistandan sifariş edilib, yoxsa Yuunanıstandakıların öz təşəbbüsü ilə olub?

Ermənistanda səfir haqqında dövlət maraqları, yoxsa tayfa maraqları baxımından hansı qərarın qəbul ediləcəyini zaman göstərəcək. Belə münasibət Ermənistanla diasporun əlaqələrinə kökündən balta vurur”.

Alper Mövlüdoğlu
AzVision.az


Teqlər: Ermənistan   Yunanıstan   Səfir  





Xəbər lenti