Həbsxanada Rza Zərrabı öldürmək istədilər

Həbsxanada Rza Zərrabı öldürmək istədilər
  17 Noyabr 2017    Oxunub:2653
ABŞ-da həbs edilən Azərbaycan əsilli iş adamı Rza Zərraba qarşı sui-qəsd olub.

AzVision.az “haberler.com” saytına istinadən xəbər verir ki, bu barədə Rza Zərrabın vəkili Mustafa Doğan İnal məlumat verib.
O, qeyd edib ki, hüquqlarını müdafiə etdiyi şəxs sonuncu məhkəmədə iştrak etməyib. Buna səbəb isə ona qarşı edilən sui-qəsddir:

“Həbsxanada qara dərili bir şəxs Rza Zərrabı bıçaqla öldürmək istəyib. Hadisədən sonra Zərrab başqa yerə köçürülüb və aparıldığı yer heç kimə deyilmir. Məhkəməyə 15 gün qalmış kimsə onu öldürmək istəyir. O, ölümlə təhdid edilərək, kiminsə istədiyi ifadələr verməyə məcbur edilir” .

Vəkil bildirib ki, amerikalı vəkil Zərrabla görüşdüyü halda ona bu imkan yaradılmır.

Qeyd edək ki, rəsmi ankara Vaşinqtona Rza Zərrabla bağlı iki nota verib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Rza-Zərrab   ABŞ   Türkiyə  





Xəbər lenti