“Qarabağ ABŞ-la Rusiya arasında əməkdaşlıq nümunəsidir” - Metyu Brayza

  17 Noyabr 2017    Oxunub : 720
“Qarabağ ABŞ-la Rusiya arasında əməkdaşlıq nümunəsidir” - Metyu Brayza

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və terrorizmlə mübarizə ABŞ-la Rusiya arasında mütləq əməkdaşlıq nümunəsinə çevrilib.

AzVision.az-ın məlumatına əsasən, bunu “Ria Novosti”-yə açıqlamasında Avropa və Avrasiya üzrə Dövlət katibinin köməkçisinin sabiq müavini, ATƏT-in Minsk qrupunun keçmiş həmsədri Metyu Brayza bildirib.

“Bizim Gürcüstandakı münaqişə ilə bağlı fərqli baxışlarımız var. Lakin biz Dağlıq Qarabağ və terrorizmlə mübarizə məsələlərində tam əməkdaşlıq edirik”, - deyə Brayza bildirib.

İlkin Nəcəfzadə
AzVision.az

Teqlər: ATƏT   ABŞ   Qarabağ