Proxanov Ermənistanın xainliyini yada saldı – VİDEO

  17 Noyabr 2017    Oxunub : 3878
Proxanov Ermənistanın xainliyini yada saldı – VİDEO

“Dağlıq Qarabağ iki gənc ölkənin – Azərbaycan və Ermənistanın hərbi-siyasi, milli maraqlarının əzablı zonasıdır. Bizim üçün bu bölgə marağa və əhəmiyyətə malikdir. Biz xatırlayırıq ki, Qarabağ münaqişəsi nəticəsində faciəvi hadisələr zamanı SSRİ dağılmağa başladı. SSRİ-nin Mərkəzi Hakimiyyəti bu konflikti lokallaşdıra, onu həll edə bilmədi və bu bölgədən də dövlətlər və mədəniyyətlərin böyük qırmızı ansamblının zəncirvari dağılması prosesi başladı.

AzVision.az xəbər verir ki, bunu yazıçı, publisist, Rusiya Yazıçılar Birliyi katibliyinin üzvü, “Zavtra” qəzetinin baş redaktoru, Rusiya Federasiyası Müdafiə Nazirliyi yanında İctimai Şurasının sədr müavini Aleksandr Proxonov bildirib.

Onun sözlərinə görə, Rusiya bu gün Dağlıq Qarabağ münaqişəsində əhəmiyyətli oyunçudur. Birbaşa olaraq, o, burada iştirak etmir, lakin burada sabitləşdirici, harmoniya yaradan başlanğıc kimi çıxış edir.

“Həm Ermənistan, həm də Azərbaycan dövlətlərinin formalaşmasına dərin hörmət və simpatiya ilə yanaşan Rusiya bu ölkə üçün həssas olan regionda sülh, əmin-amanlığın olmasında maraqlıdır və burada hərbi durumun gərginləşməsi Rusiyanı yaralayır, onu sülhməramlı qismində İrəvan və Bakı arasında gərginləşən hərbi-siyasi münasibətlərə müdaxilə etməyə məcbur edir.

ErmənistanAvropa İttifaqı (Aİ) rəhbərlərinin tərəflər arasında hərtərəfli və genişmiqyaslı sazişin imzalanmasını dair danışqılardan söz açan yazıçı qeyd edib ki, Rusiyanı bu fakt narahat etməyə bilməz: “Aİ bir çox hallarda Rusiya və Avropa münasibətlərdə konfrontasiya yaradan güc olaraq meydana çıxır. Məhz Aİ, onun neqativ və hətta pis fikirli rolu Donbasdakı qanlı münaqişəyə səbəb olub. Məhz Aİ-nin Ukraynanın siyasi, iqtisadi və mədəni həyatını özünə bağlamaq istəyi son nəticədə bu dəhşətli qanlı böhranla nəticələndi. Biz Aİ-nin Belarus Respublikasına uzun müddət davam edən təzyiqini də unuda bilmərik. Biz Aİ-nin NATO-nun kölgəsi rolunu oynaması rolunu unuda bilmərik. Ona görə də Birləşmiş Avropa, Aİ qismində daha bir oyunçunun Dağlıq Qarabağ bölgəsinə gəlməsi bizim fikrimizcə, sabitliyi pozan amildir. Ona görə də hazırda davam edən danışıqlar bizim intellektual elita tərəfindən xainlik kimi, erməni elitasının Rusiyaya qarşı xainliyi kimi qiymətləndirə bilər”, - deyə Proxanov bildirib.

Bundan əlavə publisist bəyan edib ki, Rusiya bu gün Azərbaycan dövlətinin formalaşmasına böyük simpatiya ilə yanaşır: “Biz Azərbaycanın böyük hərc-mərcliklərə qalib gəlməsinə, Azərbaycan dövlətinin humanizm, beynəlmiləl əsasında qurulmasına, burada rusofobiya tendensiyasının olmamasına görə çox şadıq. Biz həm də şadıq ki, rus dili və Azərbaycanda rus icması özünü depressiyada hiss etmir. Azərbaycan beynəlxalq arenada özünü, nüfuzunu hər dəfə daha aktiv formadan nümayiş etdirir.

Rəsmi Bakının Türkiyə və İranla çox gözəl münasibətləri var və Azərbaycan Rusiya ilə bu ölkələrin münasibətləri pisləşəndə, bu münasibətlər bizim istədiyimizdən də aşağı sürətlə irəlilədikdə olduqca əhəmiyyətli və faydalı ölkədir. Ona görə də Qarabağda sülh məsələsi, Ermənistan və Azərbaycan arasında əlaqələr və münasibətlərin qurulması məsələsi bizim üçün prioritetdir”, - Proxanov bildirib.



Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: Proxanov   Ermənistan