Amerikalı ekspert Bakıda seminar keçib

Amerikalı ekspert Bakıda seminar keçib
  17 Noyabr 2017    Oxunub:1592
Beynəlxalq Təhsil Həftəsinin qeyd edilməsi ilə əlaqədar, ABŞ-ın Azərbaycandakı Səfirliyi Monterey Beynəlxalq Araşdırmalar Mərkəzinin Midlberi (Middlebury) İnstitutundan beynəlxalq təhsil üzrə ekspert Dr. David Vikin bir sıra seminarlarını təşkil edib.
ABŞ səfirliyindən AzVision.az-a verilən məlumata görə, seminarlar ali təhsil müəssisələrinə beynəlxalq tərəfdaşlar və tələbələr cəlb etməyə kömək etmək üçün nəzərdə tutulub.

Dr. Vik, ABŞ-da və xarici konfranslarda müxtəliflik, daxil etmə, bərabərlik, sosial ədalət, marketinq, məsləhət vermə, menecment mübadiləsi, hərtərəfli beynəlxalqlaşdırma, proqram dizaynı və tədris mövzularında təhsil sessiyaları və seminarlar vermişdir. Azərbaycana səfəri Dr. Vikə bir neçə Azərbaycan universitetinin nümayəndələri ilə ABŞ-ın təhsil texnikası, təcrübəsi və ən yaxşı təcrübələrini bölüşmə imkanı verdi.

Seminarlar ABŞ Səfirliyi və Azərbaycan Dillər Universitetinin Bakı Amerika Mərkəzi və ADA Universitetində keçirilib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: ABŞ   Azərbaycan  





Xəbər lenti