NATO təlimində Atatürk və Ərdoğan hədəf seçildi

NATO təlimində Atatürk və Ərdoğan hədəf seçildi
  17 Noyabr 2017    Oxunub:3217
NATO-nun təlim mərkəzində Türkiyə dövlətinin qurucusu Atatürkün və hazırki prezident Rəcəb Tayyib Ərdoğanın şəkilləri atış üçün hədəf kimi seçilib.
AzVision.az Türkyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Ərdoğan bəyan edib. Onun sözlərinə görə, bundan sonra Türkiyə NATO-nun Norveçdəki mərkəzi komandanlığındakı 40 hərbçisini təlimlərdən geri çağırıb.

Türkiyə prezident qeyd edib ki, həmin təlimlərdə şərti düşmən yerinə yerləşdirilmiş portretlər götürülsə də, əsgərlər təlimlərdə iştirak etməyəcək.

Qeyd edək ki, artıq bu təxribatı edən hərbi qulluqçular xidmətdən uzaqlaşdırılıb. Məsələ ilə bağlı Norveçdəki Birgə Hərbi Mərkəzin komandanlığı Türkiyədən üzr istəyib.

Kənan Məmmədov
AzVision.az


Teqlər: NATO   Türkiyə   Ərdoğan  





Xəbər lenti