Putin qərar verdi – Rusiyanın bir milyondan çox əsgəri olacaq

  17 Noyabr 2017    Oxunub : 1496
Putin qərar verdi – Rusiyanın bir milyondan çox əsgəri olacaq

Rusiya Federasiyasının prezidenti Vladimir Putin Silahlı Qüvvələrin ştat sayı haqqında fərman imzalayıb.

AzVision.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Rusiya Federasiyası Silahlı Qüvvələrinin ştat sayının 1,902,758 vahid, o cümlədən 1,013,628 hərbi qulluqçu olması barədə qərar qəbul edirəm”- deyə Putinin fərmanında qeyd olunub.

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: Putin   Rusiya