NASA itən sualtı qayığı axtarır

NASA itən sualtı qayığı axtarır
  18 Noyabr 2017    Oxunub:1393
NASA və ABŞ-ın Hərbi Dəniz Qüvvələri Argentinaya məxsus “San Juan” sualtı qayığının axtarışlarına qoşulub.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, qayığın axtarışına NASA-nın Antarktidada elmi tədqiqatlar üçün istifadə edilən “P-3 Orion” təyyarəsi cəlb edilib.

ABŞ Hərbi Dəniz Qüvvələrinin “P-8A Poseidon” təyyarəsi də axtarışların aparıldığı rayona yollanıb.

Qeyd edək ki, “San-Juan” sualtı qayığı ötən çərşənbə günü Argentina Hərbi Dəniz Qüvvələrinin “Uşuaya” bazasından daimi dislokasiya olunduğu “Mar-del-Plata” bazasına üzən zaman onunla əlaqə kəsilib. Qayığın göyərtəsində 44 nəfərin olduğu bildirilir.

AzVision.az


Teqlər: ABŞ   NATO  





Xəbər lenti