İstefa verən baş nazir Makronla görüşə getdi

İstefa verən baş nazir Makronla görüşə getdi
  18 Noyabr 2017    Oxunub:1513
Livanın istefa verən Baş nazir Saad Hariri Fransaya gəlib.
AzVision.az "France-Presse" agentliyinə istinadən xəbər verir ki, onu Fransada Livanın baş naziri kimi qarşılayıblar. Qeyd olunub ki, Saad Haririnin prezident Emmanuel Makronla görüşü planlaşdırılır.

Xatırladaq ki, Livanın baş naziri noyabrın 3-də Səudiyyə Ərəbistanına səfərə gedib və orada gözlənilmədən öz postundan istefa verdiyini elan edib.

AzVision.az


Teqlər: Livan   Fransa  





Xəbər lenti