Erməni boksçunun hərbi hissədəki “qaydasız döyüşləri”

Erməni boksçunun hərbi hissədəki “qaydasız döyüşləri”
  18 Noyabr 2017    Oxunub:8302
Ermənistan silahlı qüvvələrində xidmətə çağrılan boksçu Qoro Gözəlikyan tank bölüyündə artıq xeyli “məşhurlaşıb”. O, hər cüzi məsələ üstündə əsgər yoldaşlarını döyür.
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, digər əsgər gözünün odunu alan Q.Gözəlikyan artıq özünün “qaydasız döyüş yarışlarına” başqa bölmələrin əsgərlərini cəlb edib. Bu günlərdə onun “qəhrəmanlığı” səbəbindən başqa bölükdə xidmət edən hərbi qulluqçu Qaqik Nersesyan hərbi hospitala düşüb.

Q.Gözəlikyanın döyərək ağır bədən xəsarətləri yetirdiyi əsgərin ailəsi şikayət etməsin deyə, Q. Nersesyanın valideyinlərinə hadisə ilə bağlı məlumat heç bir verilməyib.

Məlumata görə, artıq bölüyün əsgərləri Qoronun əlindən təngə gəliblər və tezliklə ya onun xidmətini davam etdirmək üçün başqa yerə keçirilməsini, ya da həbs edilməsini tələb edirlər.

AzVision.az


Teqlər: Ermənistan  





Xəbər lenti