Düşmən ordusunda daha bir “dedovşina” faktı

Düşmən ordusunda daha bir “dedovşina” faktı
  18 Noyabr 2017    Oxunub:2826
Ermənistan ordusunda “dedovşina” adi məişət davranışlarından tutan hərbi hissələrin fəaliyyətində bütün sahələri tam təsir altına alıb. Bu artıq Ermənistan ordusunun bölmələrində heç kimi təəcübləndirmir və çoxları tərəfindən adi hal olaraq qəbul edilməyə başlayıb.
AzVision.az xəbər verir ki, son vaxtlar demək olar ki, “dedovşina” zəmnində ermənistanlı hərbçilər tərəfindən hər gün cinayətlər törədilir. Döyüş mövqeyində növbədə olarkən hərbi qulluqçular Rubik Avakyan və Serik Gevorkyan arasında baş verən nizamnamədən kənar davranış qaydalarının pozulması davaya səbəb olub. Nəticədə hər iki əsgər xəsarət alıb.

Başqa bir cinayət hadisəsi nəticəsində baş nahiyəsindən xəsarət alan və hər iki qolu qırılan rabitə bölüyünün hərbi qulluqçusu Mxitar Abramyan hospitala yerləşdirilib.

İşğal olunmuş Madagiz yaşayış məntəqəsində xidmət edən Civan Gevorgyan gecə saatlarında, “Yat” komandasından sonra döyüldüyü üçün valideynləri Ermənistan Müdafiə nazirliyinin istintaq idarəsinə şikayət ediblər.

Düşmən ordusunun Hadrut yaşayış məntəqəsi ərazisindəki hərbi hissəsində isə Yura Martirosyan, Qrikor Danielyan və Qarik Martirosyan əlbir olaraq başqa bir hərbçini döyərək ona agır bədən xəsarətləri yetiriblər.

AzVision.az


Teqlər: Ermənistan   Ordu  





Xəbər lenti