Musa Yaqub:`Hafiz Hacıyev həmişə belə olub`

Musa Yaqub:`Hafiz Hacıyev həmişə belə olub`
  20 Sentyabr 2013    Oxunub:1255
“Xalq qarşısına çıxmaq üçün hər kəs öz həddini bilməlidir”.
Xalq şairi Musa Yaqub İctimai televiziyanın dünənki seçki debatında prezidentliyə namizədlər arasında yaşanan gərginliklərə münasibət bildirib. M. Yaqub AzVision.az a verdiyi açıqlamada canlı efir zamanı baş verən qalmaqalı kəskin pisləyib.

-Mən istəməzdim ki, belə bir qalmaqal yaşansın. Namizədlərin bir-biri ilə yola getməməyi, bir-birinə hücum etməyi başadüşülən deyil. Gərək hər kəs öz işindən danışsın. Cəmil Həsənli demokratik qüvvələrin nümayəndəsidir. Vətəndaş kimi özünü təsdiq etmək, camaat qarşısına çıxmaq üçün hər kəs öz həddini bilməlidir. Siyasi əxlaq, insanlıq münasibəti qorunmalıdır. Amma təəssüf ki, bu, belə deyil. Hafiz Hacıyev həmişə belə olub, indi nə deyəsən ona? Mən ordakı namizədlərin heç birini ayrı-ayrılıqda təhlil etmək istəmirəm.

Nihadə Eyyubova



Teqlər:  





Xəbər lenti