Putin: `Berluskoni mavi olsaydı...` VİDEO

  20 Sentyabr 2013    Oxunub : 557
Putin: `Berluskoni mavi olsaydı...` VİDEO
`Berluskonini qadınlarla birlikdə olduğuna görə mühakimə edirlər`.
Rusiya prezidenti Vladimir Putin İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin məhkəmə prosesinə münasibət bildirib. Qeyd edək ki, Berluskoni 16 yaşlı yeniyetmə qızla cinsi əlaqədə olduğu üçün ömürlük dövlət işindən kənarlaşdırılıb və 7 il həbs cəzasına məhkum edilib.

“Berluskonini qadınlarla birlikdə olduğuna görə mühakimə edirlər. Əgər o, mavi olsaydı heç ona barmağının ucu ilə belə toxunan olmazdı”-deyə Rusiya prezidenti “Valday” müzakirə klubunun iclasında bildirib.

Rusiyada yeniyetmələr arasında homoseksualizmin qadağan olunması haqqında qanun qəbul olunduğu üçün Berluskoni barədə qalmaqal Qərb ölkələrinin müzakirəsinə səbəb olub.

Qeyd edək ki, erotik filmlərin rejissoru Tinto Brass Berluskoni haqqında film çəkmək niyyətindədir.



AzVision.az

Teqlər: