"Belə səhvləri ancaq alçaq adamlar edir" - Ərdoğan
“Dünən NATO təlimlərində yol verilən hörmətsizliyin şahidi oldunuz. Elə səhvlər var ki, onu səfeh yox, alçaq adamlar edir. Bu cür mövzu adi üzrxahlıqla bağlana bilməz”, - deyə Ərdoğan bildirib.
Qeyd edək ki, NATO-nun təlim mərkəzində Türkiyə dövlətinin qurucusu Atatürkün və hazırki prezident Rəcəb Tayyib Ərdoğanın şəkilləri atış üçün hədəf kimi seçilib. Bundan sonra Türkiyə NATO-nun Norveçdəki mərkəzi komandanlığındakı 40 hərbçisini təlimlərdən geri çağırıb.
AzVision.az