Aİ-nin xüsusi nümayəndəsi Bakıya gəlir

Aİ-nin xüsusi nümayəndəsi Bakıya gəlir
  19 Noyabr 2017    Oxunub:1616
Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi Toivo Klaar yaxın zamanlarda Bakıya səfər edəcək.
AzVision.az xəbər verir ki, bu barədə APA-ya Avropa İttifaqının mətbuat ofisindən məlumat verilib.

Bildirilib ki, T. Klaar Bakı, İrəvan və Tbilisiyə səfər etməyi planlaşdırır. Səfər Gürcüstandan başlayacaq. O gələn həftə Gürcüstanda Cenevrə Beynəlxalq Müzakirələri həmsədrlərinin hazırlıq məsləhətləşmələrində iştirak edəcək.

AzVision.az


Teqlər:   Azərbaycan   Bakı  





Xəbər lenti