NATO-nun baş katibi Ərdoğandan üzr istədi

NATO-nun baş katibi Ərdoğandan üzr istədi
  19 Noyabr 2017    Oxunub:2280
NATO-nun baş katibi Yens Stoltenberq Norveçdə keçirən NATO-nun hərbi təlimləri zamanı Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkə və Prezident Rəcəb Tayyib Ərdoğana qarşı göstərilən həqarətə görə üzr istəyib.
Stoltenberq Ərdoğana zəng edərək baş vermiş xoşagəlməz hadisəyə görə narahatlığını ifadə edib və üzrxahlıq edib.

Baş katib Türkiyə dövlət başçısının diqqətinə çatdırıb ki, həmin təlimlərdə hədəf yerinə məlum portretləri yerləşdirən şəxs NATO-nun məsul işçısı deyil. Təlim mərkəzində texniki işlərə baxan həmin hərbçi dərhal vəzifəsindən uzaqlaşdırılıb.

AzVision.az


Teqlər: NATO   Ərdoğan   Türkiyə  





Xəbər lenti