Prezident yol tikintisinə 2 milyon manat ayırdı

Prezident yol tikintisinə 2 milyon manat ayırdı
  21 Sentyabr 2013    Oxunub:1203
Azərbaycan Prezidentinin ehtiyat fondundan Gədəbəydə yol tikintisinə 2 milyon manat ayrılıb.
Azərbaycan prezidenti İlham Əliyev Gədəbəy rayonunun Qarıkənd-Miskinli-Çalburun və Qızıltorpaq-Ağbaşlar avtomobil yollarının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

İyirmi yeddi min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Qarıkənd-Miskinli-Çalburun və Qızıltorpaq-Ağbaşlar avtomobil yollarının tikintisi məqsədi ilə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gədəbəy Rayon İcra Hakimiyyətinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılıb.


Teqlər:





Xəbər lenti