Düşmən ordusunun 2 hərbi qulluqçusu fərarilik edib

Düşmən ordusunun 2 hərbi qulluqçusu fərarilik edib
  19 Noyabr 2017    Oxunub:2748
Son vaxtlar Ermənistan ordusu ilə bağlı yayılan məlumatlar açıq aydın göstərir ki, bu ölkənin vətəndaşları olan gənclər hərbi xidmətdən istənilən yolla boyun qaçırır və ordudan yayınırlar.
AzVision.az xəbər verir ki, azacıq imkanı olanlar müxtəlif yollar tapıb xidmətə getmir, imkanı olmayanlar və məcburən xidmətə getməli olanlar isə hərbi hissələrini özbaşına tərk edirlər.

Bu günlərdə sosial şəbəkələrdə daha iki ermənistanlı hərbçinin fərarilik etdiyi barədə məlumat paylaşılıb. Əlahiddə artilleriya alayının kiçik çavuşu Qriqor Şahnazaryan və əsgər Vreji Qriqoryan xidmət yerini özbaşına tərk ediblər.

Hər iki hərbi qulluqçu barəsində cinayət işi açılıb, axtarış elan olunub.

AzVision.az


Teqlər: Erməsinstan   Əsgər  





Xəbər lenti