Antalyada XİN rəhbərlərinin görüşü başa çatıb - Yenilənib

Antalyada XİN rəhbərlərinin görüşü başa çatıb - Yenilənib
  19 Noyabr 2017    Oxunub:3950
Antalyada Türkiyə, Rusiya və İran xarici işlər nazirləri Mövlud Çavuşoğlu, Sergey Lavrov və Cavad Zərif arasında görüş başa çatıb.
Görüş Suriya böhranının tənzimlənməsi və noyabrın 22-də Soçidə keçiriləcək Türkiyə-Rusiya-İran sammitinə həsr olunub.

Məlumata görə, XİN rəhbərlərinin görüşü 2 saata qədər davam edib.

***
(13:11)

Antalyada Türkiyə, Rusiya və İran xarici işlər nazirlərinin görüşü keçirilir.

AzVision.az TASS-a istinadən xəbər verir ki, Mövlud Çavuşoğlu, Sergey Lavrov və Cavad Zərifin birgə görüşündə Suriya böhranının nizamlanmasına və noyabrın 22-də Soçidə keçiriləcək İran-Rusiya-Türkiyə sammitinə dair məsələlər müzakirə olunur.

AzVision.az


Teqlər: Rusiya   Türkiyə   İran   Antalya  





Xəbər lenti