Ermənistan ordusunda telefon üstündə dava

Ermənistan ordusunda telefon üstündə dava
  19 Noyabr 2017    Oxunub:2743
Ağdərə yaşayış məntəqəsindəki işğalçı ordunun hərbi hissəsində xidmət edən, zabit rütbəli Narek Mkrtçyan döyüş mövqeyində yoxlama apararkən müqavilə əsasında xidmət edən Hraç Naboyan adlı əsgərdə qadağan olunmuş mobil telefon aşkar edib.
AzVision.az xəbər verir ki, zabit telefonu müsadirə etmək istədikdə Naboyanın kobudluğu nəticəsində başlayan mübahisə davaya səbəb olub.

Hər iki hərbi qulluqçu müxtəlif dərəcəli xəsarətlər alsa da komandanlıq məsələni ört-basdır edib.

AzVision.az


Teqlər: Ermənistan   Əsgər   Zabit  





Xəbər lenti