Yığmamız ilk gündə 2 qızıl, 2 bürünc qazandı

Yığmamız ilk gündə 2 qızıl, 2 bürünc qazandı
  21 Sentyabr 2013    Oxunub:1275
Avropa Çempionatının ilk günündə 2 qızıl və 2 bürünc medalla birinci pillədəyik.
20-22 sentyabr tarixlərində Sarayevoda keçirilən cüdo üzrə Gənclər arasında Avropa Çempionatında çıxış edən yığmamız 2 qızıl və 2 bürünc medalla birinci pillədədir.

Cüdo federasiyasından AzVision.az-a verilən məlumata görə, 55 kq çəki dərəcəsində mübarizə aparan Davud Məmmədov bütün rəqiblərindən güclü olaraq qızıl, Mehman Sadığov isə bürünc medal qazanıb.

Eyni nəticələri 60 kq-da çıxış edən iki cüdoçumuz da təkrarlayıb. Rəşad Rufullayev qızıl, Oruc Vəlizadə bürünc medala sahib olublar.

Qeyd edək ki, cüdo üzrə Gənclər arasında Avropa Çempionatında 43 ölkədən 416 cüdoçu güclərini sınayır.



Teqlər:





Xəbər lenti