Ermənistan polisi təşvişdədir - Silahlı hücum gözlənilir

Ermənistan polisi təşvişdədir - Silahlı hücum gözlənilir
  20 Noyabr 2017    Oxunub:2506
Ermənistanın Tavuş vilayətinin polis orqanları 1 həftədən çoxdur ki, gücləndirilmiş iş rejiminə keçib. Polis binalarının girişində silahlı şəxslər keşik çəkir.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, buna səbəb “Sasna Tsrer”in silahlı qrup üzvlərinin məhkəməsinin başa çatmasıdır.
Hakimiyyət məhkəmə qərarından sonra “Sasna Tsrer” tərəfdarlarının polis orqanlarına, şöbələrinə hücum edərək, İrəvandakı kimi polis bölməsini ələ keçirməsindən ehtiyat edir.

Alpər Mövlüdoğlu
AzVision.az


Teqlər: Ermənistan   Tavuş  





Xəbər lenti