Türkiyə NATO-dan çıxa bilər

Türkiyə NATO-dan çıxa bilər
  20 Noyabr 2017    Oxunub:1571
“Türkiyə NATO-ya üzvlük məsələsinə yenidən baxmalıdır”.

AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Türkiyə prezidentinin baş müşaviri Yalçın Topçu deyib.
Onun sözlərinə görə, Alyans rəsmi Ankaraya qarşı düşmənçilik siyasəti aparır:

“Təşkilat bizə hər cür öz düşmən münasibətini göstərir. Bu bizə lazım deyil. Türkiyə parlamentində təşkilatda iştirakımızla bağlı məsələ təcili müzakirə olunmalıdır”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Türkiyə   NATO  





Xəbər lenti