Çində narkotacirlərə ölüm hökmü verildi

Çində narkotacirlərə ölüm hökmü verildi
  20 Noyabr 2017    Oxunub:1198
Çinin Mianyan şəhər məhkəməsi narkotik maddələrin qeyri-qanuni satışı ilə məşğul olan dəstənin iki üzvünə ölüm hökmü verib.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, bundan başqa iki nəfərə ömürlük, bir nəfərə isə 15 illik azadlıqdan məhrum etmə cəzası verilib. Dəstənin digər üzvlərinə inzibati cəzalar verilib.

Qeyd edək ki, narkotik maddələrin qeyri-qanuni hazırlanması, dövriyyəsi və ticarəti Çində ən ağır cinayətlərdən hesab olunur.

AzVision.az


Teqlər: Çin  





Xəbər lenti