Lavrov Bakıdan İrəvana getdi, Nalbandyanla qucaqlaşdı - FOTO

Lavrov Bakıdan İrəvana getdi, Nalbandyanla qucaqlaşdı - FOTO
  20 Noyabr 2017    Oxunub:5811
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyəti müzakirə etmək üçün bu gün Azərbaycandan Ermənistana gedib.
AzVision.az xəbər verir ki, rusiyalı naziri İrəvanın hava limanında erməni həmkarı Edvard Nalbandyan qarşılayıb.

Lavrov təyyardən düşən kimi Nalbandyan onu qucaqlayıb.



Qeyd edək ki, ötən gün Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfər edib. Səfər zamanı rusiyalı nazir prezident İlham Əliyev və həmkarı Elmar Məmmədyarovla görüşüb. İki günlük səfər zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlaması məsələsi müzakirə olunub.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: ATƏT   Rusiya   Qarabağ   Lavrov  





Xəbər lenti