Almaniyada siyasi böhran: Merkeldən imtina edildi

Almaniyada siyasi böhran: Merkeldən imtina edildi
  20 Noyabr 2017    Oxunub:1861
Almaniya sosial-demokrat partiyasının (ASDP) idarə heyəti noyabrın 20-də Angela Merkelin mühafizəkar bloku ilə koalisiya qurmaq üçün danışıqlar aparmamaq barədə qərar qəbul edib.

TASS-ın verdiyi məlumata görə, ASDP idarə heyətinin qəbul etdiyi sənəddə, həmçinin koalisiya danışıqlarında iştirak edən partiyaların AFR-i “mürəkkəb vəziyyətə” saldıqları qeyd olunub.
Sosial-demokratların lideri Martin Şultsun fikrincə, koalisiya danışıqlarının iflasa uğramasından sonra Bundestaqa təkrar seçkilər keçirilməlidir.

Almaniya prezidenti Frank-Valter Ştaynmayer hökumətin formalaşdırılmasına dair danışıqlardan sonra ölkənin çətin duruma düşdüyünü etiraf edib.

"Hökumətin yaradılmasına dair ilkin danışıqlar hələ də nəticə verməyib. Hazırda biz Almaniya tarixində 70 ilədək müddətdə müşahidə edilməyən duruma düşmüşük", - prezident deyib.

AzVision.az


Teqlər: Almaniya   Merkel  





Xəbər lenti