Rusiya səfirliyi minaatanlardan atəşə tutulub

Rusiya səfirliyi minaatanlardan atəşə tutulub
  21 Noyabr 2017    Oxunub:1475
Rusiyanın Suriyanın paytaxtı Dəməşqdə yerləşən səfirliyi terrorçular tərəfindən minaatanlardan atəşə tutulub.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Bildirilib ki, hadisə zamanı səfirliyin binasına, elektrik xətləri və su təchizatı sistemi zədələnib. Məlumata görə, diplomatik missiyanın əməkdaşları arasında xəsarət alan olmayıb.

AzVision.az


Teqlər: Rusiya   Suriya   Dəməşq   Səfirlik  





Xəbər lenti