ABŞ-da partlayış olub - 75 nəfər yaralanıb

ABŞ-da partlayış olub - 75 nəfər yaralanıb
  21 Noyabr 2017    Oxunub:2205
ABŞ-ın Nyu-York ştatında yerləşən fabrikdə güclü partlayış olub.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, "Verla International" şirkətinə məxsus fabrikdə baş verən partlayış zamanı 75 nəfər xəsarət alıb.

Əraziyə çoxlu sayda yanğınsöndürən briqada cəlb olunub. Partlayışın səbəbləri barədə məlumat verilməyib.

AzVision.az


Teqlər: ABŞ   Partlayış   Fabrik  





Xəbər lenti