Della Riz vəfat edib

Della Riz vəfat edib
  21 Noyabr 2017    Oxunub:1599
Amerikalı tanınmış aktrisa və müğənni Della Riz 87 yaşında vəfat edib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, aktrisa Kaliforniya ştatındakı evində dünyasını dəyişib.

Qeyd edək ki, karyerasına 1950-ci illərdə müğənni kimi başlayan Della Riz “Don't you know?” mahnısı ilə məşhurlaşıb. O, “Mələyin toxunuşu” serialında, “Harlem gecəsi” filmində və digər ekran əsərlərində çəkilib.

AzVision.az


Teqlər: ABŞ   Müğənni   Aktyor  





Xəbər lenti