Rusiyaya sürpriz səfər: Bəşər Əsəd Putinlə görüşdü

Rusiyaya sürpriz səfər: Bəşər Əsəd Putinlə görüşdü
  21 Noyabr 2017    Oxunub:4355
Suriya prezidenti Bəşər Əsəd Rusiyaya səfər edərək Soçidə Rusiya lideri Vladimir Putinlə görüşüb.

AzVision.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Qeyd edək ki, sabah Rusiyanın Soçi şəhərində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiyanın dövlət başçısı Vladimir Putin və İran prezidenti Həsən Ruhani Suriyadakı vəziyyəti müzakirə etmək üçün üçtərəfli görüş keçirəcək. Bu görüşdən bir gün əvvəl Bəşər Əsədin Soçiyə səfəri maraq doğurur.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Suriya   Bəşər   Əsəd   Putin  





Xəbər lenti