Putin və Əsəddən dünyaya mesaj: “Suriyanı birlikdə xilas etdik”

Putin və Əsəddən dünyaya mesaj: “Suriyanı birlikdə xilas etdik”
  21 Noyabr 2017    Oxunub:2756
Rusiya və Suriya prezidentləri Vladimir Putin və Bəşər Əsəd ötən gün axşam Soçidə baş tutan görüş zamanı bildiriblər ki, Suriyadakı hərbi əməliyyatlar sona çatmağa yaxındır, indi siyasi proseslərə keçmək zamanıdır.
AzVision.az xəbər verir ki, bu barədə Kremlin rəsmi saytı məlumat yayıb.

“Düşünürəm ki, terrorizm problemi qlobal xarakter daşıyır. Düzdür, terrorizm üzərində tam qələbəyə hələ çox var. Suriya ərazisində terrorçulara qarşı mübarizədə birgə işimizə gəldikdə isə hərbi əməliyyat artıq yekunlaşır”, - deyə Putin vurğulayıb.

Suriya lideri Bəşər Əsəd isə bu müddət ərzində həm döyüş meydanında, həm də siyasi planda böyük uğurlar əldə olunduğunu vurğulayıb: “Suriyada bir çox rayonlar terrorçulardan azad olunub və həmin ərazilərə daha əvvəl buranı tərk edən suriyalılar qayıda biliblər. Biz birlikdə Suriyanın müstəqilliyini qoruya bildik. Etiraf etmək lazımdır ki, əməliyyat Suriyada siyasi nizamlanmada irəliləyişə nail olmağa imkan verib”.

Əsəd, eyni zamanda Suriyada siyasi nizamlanma məsələsində Rusiyanın dəstəyinə ümid etdiyini bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Suriya   Rusiya   Əsəd   Putin  





Xəbər lenti