Putin Əsədə görə Trampa zəng edəcək

Putin Əsədə görə Trampa zəng edəcək
  21 Noyabr 2017    Oxunub:1241
Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı və Yaxın Şərq ölkələrinin bir sıra liderləri ilə telefon danışığı aparacaq.
AzVision.az xəbər verir ki, bu barədə Putin suriyalı həmkarı Bəşər Əsədlə görüşü zamanı bildirib.

“Bugünkü görüş zamanı mən adını çəkdiyim ölkələrin liderləri ilə əlaqə saxlayacağam. Artıq bu gün Qətər əmiri ilə telefon danışığı planlaşdırılıb, sabah ABŞ prezidenti Donald Tramp və regionun digər liderləri ilə danışıqlar baş tutacaq”, - Putin Əsədə deyib.

Rusiya lideri xatırladıb ki, noyabrın 22-də Soçidə Türkiyə və İran prezidentləri Rəcəb Tayyib Ərdoğan və Həsən Ruhani ilə görüş keçirəcəyini xatırladıb: “Adı çəkilən tərəfdaşlarla yanaşı bilirsiniz ki, biz digər ölkələrlə də aktiv şəkildə işləyirik. İraq, ABŞ, Misir, İordaniya və Səudiyyə Ərəbistanı. Biz bu tərəfdaşlarla daima əlaqədəyik”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Rusiya   Putin   Əsəd   Putin  





Xəbər lenti