“Nalbandyanı Bakıdakı görüşlər barədə məlumatlandırdım” - Lavrov

“Nalbandyanı Bakıdakı görüşlər barədə məlumatlandırdım” - Lavrov
  21 Noyabr 2017    Oxunub:1813
Rusiya və Ermənistan XİN rəhbərlərinin İrəvanda keçirlən görüşü zamanı Dağlıq Qarabağ münaqişəsinə xüsusi diqqət ayrılıb.

AzVision.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan rusiyalı həmkarı Sergey Lavrovla görüşün yekunlarına dair birgə keçirdiyi mətbuat konfransında deyib.
“Dağlıq Qarabağ münaqişəsinə xüsusi diqqət ayrılıb. Görüş zamanı Azərbaycan və Ermənistan prezidentlərinin 2016 və 2017-ci illərdə baş tutan Vyana, Sankt-Peterburq və Ceneverə görüşlərində əldə olunan razılaşmaların həyata keçirilməsinin vacibliyi vurğulanıb. Bura atəşkəs rejiminin pozulmasının qarşısının alınması da daxildir”, - deyə Nalbandyan vurğulayıb.

Lavrov isə öz növbəsində Dağlıq Qarabağ münaqişəsinin erməni həmkarı ilə müzakirə etdiyini qeyd edib: “Nalbandyanı Bakıda bu istiqamətdə keçirdiyim görüşlər barədə məlumatlandırdım. ATƏT-in Minsk qrupunun həmsədr ölkələri – Rusiya, ABŞ və Fransanın əsas vəzifəsi tərəflərin hərtərəfli sülh razılaşmasını əldə etməsi üçün münbit şərait yaratmaqdır”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Lavrov   Rusiya  





Xəbər lenti