FTX Mənsimovun şirkətində yoxlamalara başlayıb

FTX Mənsimovun şirkətində yoxlamalara başlayıb
  21 Noyabr 2017    Oxunub:3201
Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) İqtisadi Təhlükəsizlik Xidməti azərbaycanlı milyarder Mübariz Mənsimova məxsus “Palmali” şirkətinin Rusiya nümayəndəliyində yoxlamalara başlayıb.
AzVision.az “Russia Today” saytına istinadən xəbər verir ki, şirkət 1 milyarddan çox rubl məbləğində vergi ödəməyib. Eyni zamanda şirkət vəsaitələrin xaricə çıxarılmasında ittiham olunur.

Qeyd edək ki, “Palmali” şirkətinin Türkiyə gəmiçiliyi qrupunun Rostov bölməsinin direktoru Aleksey Mixelev su nəqliyyatı ilə yüklərin daşınmasından əldə olunan gəlirin məbləğini aşağı göstərməkdə itiham olunaraq həbs edilmişdi.

AzVision.az


Teqlər: Mübariz-Mənsimov  





Xəbər lenti