Türkiyə NATO ilə əlaqələri kəsmək istəmir

Türkiyə NATO ilə əlaqələri kəsmək istəmir
  21 Noyabr 2017    Oxunub:1602
NATO-nun Norveçdəki təlimlərində baş verən insidentdən sonra Türkiyə Alyansla əlaqələri kəsməyi planlaşdırmır.
AzVision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın deyib.

Onun sözlərinə görə, Ankara belə bir insidentin necə baş verdiyini və gələcəkdə yenidən təkrar olub-olmayacağını bilmək istəyir. Kalın “Türkiyə NATO ilə əlaqələrini kəsməyi düşünürmü?” sualına “xeyr” cavabını verib.

Qeyd edək ki, ötən gün Türkiyə prezidentinin müşaviri Yalçın Topçu NATO ilə münasibətlərə yenidən baxılmasının vacibliyini bildirmişdi.

AzVision.az


Teqlər: Türkiyə   NATO  





Xəbər lenti