Yəməndə terror: 65 nəfər öldü

Yəməndə terror: 65 nəfər öldü
  21 Sentyabr 2013    Oxunub:1173
Yəməndə 2 partlayışda 65 nəfər öldü
"Əl-Qaidə" terror təşkilatı ölkənin xüsusi təyinatlı qüvvələrinin yerləşdiyi "Şabva" hərbi düşərgəsi və buradan 15 kilometr aralıda yerləşən polis postun qarşısında partlayışlar törətməklə azı 65 nəfərin ölümünə səbəb olub.

Daha 40 nəfər yaralanıb. Ölənlərin hamısı hərbçilərdir. Qeyd edək ki, Yəməndə hakimiyyət dəyişikliyindən sonra sabitliyi bərpa etmək mümkün olmayıb. "Əl-Qaidə"nin "Ərəbistan yarımadasındakı "Əl-Qaidə" adlı qolu mütəmadi olaraq hüquq-mühafizə orqanı əməkdaşlarını hədəf alır. Bu qruplaşma dünyada ən fəal terror qruplaşmalarından biridir.


Teqlər:





Xəbər lenti