Lavrov Sarkisyanın qəbulunda: “Bu, Rusiya üçün böyük şərəfdir”

Lavrov Sarkisyanın qəbulunda: “Bu, Rusiya üçün böyük şərəfdir”
  21 Noyabr 2017    Oxunub:2164
Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda Ermənistan prezidenti Serj Sarkisyanla görüşüb.

AzVision.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Hər şeydən öncə sizə Vladimir Vladimiroviç Putinin salamlarını çatdırıram. Rusiya və Ermənistanın qarşılıqlı təsir mexanizminin olmadığı elə bir sahə yoxdur”, - deyə Lavrov vurğulayıb.

XİN rəhbərinin sözlərinə görə, Ermənistanın Moskva ilə tərəfdaşlıq əlaqələrini yüksək qiymətləndirməsi Rusiya üçün böyük şərəfdir: “Sizin inamınızı və Rusiya prezidentinin inamını doğrultmağa çalışacağıq”.

Ermənistan prezidenti Ser Sarkisyan isə vurğulayıb ki, bu gün iki ölkə arasında münasibətlər strateji olaraq xarakterizə olunur və siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin yüksək olması ilə seçilir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Lavrov   Sarkisyan  





Xəbər lenti