“Əsəd Suriyanın 98%-nə nəzarət edir” – Putin

“Əsəd Suriyanın 98%-nə nəzarət edir” – Putin
  21 Noyabr 2017    Oxunub:1082
Suriya ərazisinin 98 faizindən çoxu hökumət qüvvələrinin nəzarətindədir.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.

“Siz düz deyirsiniz, bu gün həqiqətən də Suriya ərazisinin 98 faizindən çoxu hökumət qüvvələrinin nəzarətindədir. Müqavimət ocaqları hələ də qalır, lakin onlar bizim hərbi-kosmik qüvvələri və Suriya tərəfdaşlarının zərbələri nəticəsində məhv edilirlər”, - deyə Putin Çexiya prezidenti Miloş Zemanla görüşü zamanı vurğulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Rusiya   Putin  





Xəbər lenti